Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İsveçdə ABBA muzeyi açılıb

ABBA muzeyinin açılışı ilə bağlı təşkil olunmuş mərasim əfsanəvi müsiqiçiləri görmək istəyən bir çox pərəstişkarı cəlb edib. Hərçənd ki, ABBA-nın yenidən bir araya gəlməsi barədə bəzilərinin bəslədiyi ümidlər puça çıxıb. Tədbirə qrupun yalnız üç üzvü gələ bilib.

“Bildiyiniz kimi biz heç vaxt yenidən birləşmədik. Mən bu günki fürsətdən istifadə edərək demək istəyirəm ki, biz bunu sizdən gizlətmək fikrində deyilik,” - ABBA qrupunun üzvü Bjorn Kristian açılış mərasimində deyib.

70 və 80-ci illərin bir çox eksponatı qrup üzvləri tərəfindən müzeyə hədiyyə edilib.

ABBA qrupunun Eurovision müsabiqəsində ilk hitləri olan Waterloo mahnısı ilə qalib çıxmasının 40-ildönümü yaxınlşaır. Bu qələbədən 10 il keçmiş qrup dağılsa da, belə görünür ki onların sənəti, xoş nəğmələri və müsiqi irsi uzun ömür yaşayacaq.