Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Türkiyədə Ergenekon məhkəməsindən sonra toqquşmalar

Türkiyə polisi ordu qərargahının keçmiş rəisi İlker Başbuğa ömürlük həbs cəzasının kəsilməsindən narazı nümayişçiləri qaz və suatıcılarla qovub.

General Başbuğ "hökuməti devirməyə cəhd planı" hazırlamaqda ittiham olunaraq ömürlük həbs cəzasına layiq görülüb.

Beş il davam edən və hərbçilərlə yanaşı yazıçı və jurnalistlərin ittiham olunduğu məhkəmə proseslərindən sonra 40 adama həbs cəzası kəsilib, 21 nəfər isə bəraət alıb.

Həbs olunanlar arasında azı bir jurnalist və polis rəisi də var.

Baş Nazir Recep Tayyip Erdoganın tənqidçiləri onu düşmənlərini vurmaq üçün məhkəmə şouları təşkil etməksə günahlandırır.

Orduya 2008-2010-cu illərdə rəhbərlik etmiş general Başbuğ özünə qarşı bütün ittihamları rədd edib.

İstanbul əyalətinin Silivri şəhərində keçirilən toqquşmalar zamanı zədələnənlər də olub.