Nelson Mandela
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Nelson Mandela vəfat etdi

Cənubi Afrikada və dünya boyunca milyonlarla insan Nelson Mandelanın ölümünə yas tutur.

İzdiham 95 yaşında vəfat etmiş Mandelanın Yohannesburqdakı evinin qarşısına toplaşır.

Onun ölümü haqqında xəbər cümə axşamı gecə yayılıb.

Cənab Mandela ömrünün 20 ilini həbsdə keçirdikdən sonra Cənubi Afrikanın ilk qaradərili prezidenti seçilmişdi.

Rəsmi yas mərasiminin 10 gün çəkəcəyi və dövlət dəfn mərasiminin dekabrın 14-də keçiriləcəyi gözlənilir.

Dünya liderləri, o cümlədən ABŞ prezidenti Barak Obama onun xatirəsini təsirli sözlərlə anıblar.