Təyyarə qalıqları
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Əlcəzair: təyyarə qəzası ilə bağlı matəm elan olunub

Hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı Əlcəzairdə ölkə boyu 3 günlük matəm elan olunub.

Oum al-Bouaghi əyalətindəki dağlıq bölgədə qəzaya uğrayan Hercules C-130 təyyarəsinin göyərtəsində olan 78 adamdan yalnız bir nəfər sağ qalıb.

Paytaxt Əlcəzairdən 380 km aralıda yerləşən bölgədə baş vermiş qəzadan salamat çıxan əsgər hərbi hospitala yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sərnişinlərin əksəriyyəti hərbi personal və onların ailə üzvləri olub.

Qəza yerində aşkar edilən meyitlər arasında uşaq və qadın cəsədləri var.

Prezident Abdelaziz Bouteflika ölən “şəhid” ailələrinə başsağlığı verib.

Çərşənbə axşamı dövlət mediası 103 adamın öldüyünü xəbər vermişdi.

Müdafiə Nazirliyinin bəyanatında qəza səbəbi kimi "çətin hava şəraiti" göstərilir.

Rəsmilərdən biri dağa çırpılan təyyarənin partladığını bildirib.

Bundan əvvəl ölkə tarixində ən ağır təyyarə qəzası 2003-cü ildə baş verib və 102 adamın ölümünə bais olub.