Evsizlər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Mən də istərdim uşaqlarımı yaxşı yedirim"

"Evsizlər" - kinorejissor Elvin Adigözəl İnsan hekayələri silsiləsindən növbəti videosunu belə adlandırıb.

Bu video Yevlaxın Quşçu kəndində yaşayan bir ailənin hekayəsini təsvir edir.

Uzun müddət evsiz olduqlarını deyən Ramin Cəbrayılov indi yaşadıqları daxmanı bir ustanın ona pulsuz tikdiyini deyir.

Yoxsul ailənin BBC Azərbaycancaya danışdıqlarından:

- Anam mitil xəstəsidir.

- Bu daxmaları usta bizə pulsuz tikib.

- Başım başa dəyib travma almayana qədər suçu işləmişəm.

- 120 manat sosial yardımla ailəmə baxıram.

- İmkanım olmadı uşağı məktəbə göndərim.

- Mən də istərdim uşaqlarımı yaxşı yedirim, geyindirim.