Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Biz burda ölürük"

BBC müxbiri Lyse Doucet Suriya paytaxtı Dəməşqin cənubundakı Yarmuk qaçqınlar düşərgəsində insanların aclıqda yaşadığını görüb.

20 000-dən çox adam bir ildən çoxdur ki, şiddətli mühasirə altında yaşayır.

Aramsız vuruşmalara görə onlar buranı tərk edə bilməyiblər, vəziyyətləri isə getdikcə pisləşir.

Sakinlər hər gün yardım işçilərindən yemək almaq ümidi ilə bir yerə yığışırlar.

Lyse Doucetin video reportajı.