Erdogan
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Erdoğan Twitter-ə dair məhkəmə qərarını tənqid edib

Türkiyənin baş naziri Recep Tayyip Erdogan Twitter-ə qoyulan qadağanın qaldırılması barədə Konstitusiya Məhkəməsinin qərarını tənqid edib.

Məhkəmə sosial şəbəkəyə giriş yasağının ifadə azadlığına zidd olduğunu bildirib.

Bakıya səfərə yola düşməzdən öncə Ankarada jurnalistlərlə görüşən cənab Erdoğan məhkəmə hökmünün yerinə yetiriləcəyini bildirərək ona hörmət etmədiyini deyib.

Sosial şəbəkə korrupsiya ittihamlarını yaydıqdan sonra Baş nazir Recep Tayyip Erdoğan Twitterin "kökünü kəsəcəyini" vəd etmişdi.

Sosial şəbəkəyə qiriş qadağası martın 21-də tətbiq olunub.

Twitter istifadəçisi olan Türkiyə prezidenti Abdullah Gül qadağanın əleyhinə olduğunu deyib.

Ötən il hökumət əleyhinə nümayişlər vaxtı etirazçılar məlumat yaymaq üçün Twitter və Facebook-dan istifadə ediblər.