Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Çin restoranı: yeməkləri robot aşpaz bişirir

Harbin şəhərindəki restoranlarının birində aşpaz və ofisiantları robotlarlarla əvəz ediblər.

Restoran meneceri bildirir ki, “yeni işçilər” insanın gördüyü işi daha dəqiq və vaxtında yerinə yetirməyə qadirdilər.

Hər bir masa ilə bağlı düyməni sıxdıqdan sonra robot ofisiant sifarişi müvafiq süfrəyə çatdırır.

Xüsusi xidmət restorana yeni müştərilər cəlb edib. Bununla yanaşı robotlar daha ucuz başa gəldiyi qeyd olunur.