Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İlham Əliyevin AŞPA-da çıxışı vaxtı etiraz aksiyaları

Strasburqdakı AŞPA sessiyasında Prezident İlham Əliyevin çıxışı vaxtı binanın daxilində, çıxışından əvvəl isə və binanın qarşısında Azərbaycanda insan haqlarının durumu ilə bağlı aksiyalar keçirilib.

İclas salonun eyvanında bir neçə adam ağızlarını qara lentlə bağlamaqla ölkədəki demokratiya vəziyyətinə münasibət bildirib.

Bundan əvvəl isə Reporters Sans Frontieres (Sərhədsiz Reportyorlar) təşkilatı aksiya keçirib, media azadlığı üzrə Avropa Şurası üzvləri arasında Azərbaycanın "ən pis reytinqə malik ölkə" olduğunu deyiblər.

AŞPA iclasında suallara cavab verən Azərbaycan lideri ölkədə siyasi məhbusların olmadığını deyib.

Azərbaycan mayın14-dən 6 ay ərzində AŞ Nazirlər Komitəsinə sədrlik edir.