Gordana Comic
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

ATƏT İnsan haqları məruzəçisi "dialoqa başlayın" deyir

"Dialoq baş verənə qədər Azərbaycanda həqiqətən nə baş verdiyinə dair səs olacaq", Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) İnsan haqları üzrə məruzəçisi Gordana Comic deyir.

BBC Azərbaycancaya danışan xanım Comicin fikrincə problemli cəmiyyət ondan irəli gəlir ki, cəmiyyətdə "kimsə kiməsə qulaq asmır".

QHT-lərin təqib edilməsi və ölkədə real media azadlığı olmamasına dair məlumatları şərh edən ATƏT rəsmisi Azərbaycanı ATƏT-ə Bakıda regional büro açmağa icazə verməyə çağıran, Anar Məmmədlinin barədə narahatlıq ifadə edilən və hüquq müdafiəçilərinə qarşı qanunvericilikdən düzgün istifadə edilməməsini əsas götürən qətnaməni dəstəkləyib.

"Bura sizin gözəl ölkənizdir, sizin gözəl gələcəyinizdir, siz onu birlikdə qurmaq üçün burdasınız – düzəliş və qətnamələrin əsas məqsədi budur".