Bakı 2020
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakı 2020 Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək

Bu gün UEFA İcraiyyə Komitəsi 2020-ci ildə futbol üzrə Avropa Çempionatı final oyunlarının keçiriləcəyi 13 şəhərin adını açıqlayıb.

Yeni formata uyğun olaraq, təkbaşına belə böyük turniri keçirmək imkanı əldə edə bilməyəcək ölkələr də Avropa Çempionatının bəzi oyunlarına ev sahibliyi etmək şansı əldə edib.

Bu şəhərlər arasında Azərbaycan paytaxtı Bakı da var. UEFA prezidenti Michel Platini-nin zərfdən Bakının adını çıxarması mərasimdə iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən sevinclə qarşılanıb.

AÇ-nin final və yarım final oyunları Londonda, Wembley Stadionunda keçiriləcək. Dörddəbir final oyunları və üç qrup qarşılaşması Bakı ilə yanaşı, Munich (Almaniya), Roma (İtaliya) və St Petersburg (Rusiya) şəhərlərində keçiriləcək.