Türkiyə-Suriya sərhəddi
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Suriyadan Türkiyəyə son iki gündə 130 min qaçqın gəlib

Türkiyə Suriya ilə sərhədlərini bir çox hissələrdə bağlamağa başlayıb. Hakimiyyət bunu son iki gün ərzində ölkəyə 130 mindən çox kürd qaçqının keçməsindən sonra edir.

Bazar günü Türkiyənin təhlükəsizlik qüvvələri qaçqınlara həmrəylik nümayişinə çıxan kürdlərlə toqquşub. Məlumatlara görə, bəzi nümayişçilər İslam Dövləti təşkilatına qarşı vuruşmaq üçün Suriyaya keçməyə çalışırdılar.

Qaçqınların çoxu İD silahlılarının hücuma keçməkdə olduğu Kobane kəndindəndir.

İD son aylar ərzində İraq və Suriyanın böyük ərazilərini ələ keçirib.

Son axından əvvəl Türkiyədə artıq bir milyondan çox suriyalı qaçqın vardı. Onlar üç il əvvəl Suriya prezidenti Bəşər əl-Əsədə qarşı üsyanlar başlayandan bəri Türkiyə sərhədini keçənlərdir.

Türkiyə qaçqın axını ilə necə davranmağın yollarını düşündüyü bir vaxtda, yeni qaçqınlar onsuz da adamlarla dolu olan məktəblərdə yerləşdirilir.

Ankara indi sərhədlərinin böyük hissəsini bağlayıb və qaçqınların keçməsi üçün cəmi iki məntəqə saxlayıb.