Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ağ Evin hasarı yaxınlığında daha bir hasar

Ağ Evə kənar şəxsin soxulması ilə bağlı insidentdən bir neçə gün keçmiş Amerikanın Məxfi Xidməti bina ətrafında ikinci müvəqqəti baryer quraşdırıb.

Cümə günü baş verən hadisə vaxtı üstündə bıçaq olan 42 yaşlı Omar Gonzalez prezident iqamətgahına keçmək cəhdinə görə həbs olunub.

O qadağan edilmiş sahəyə “qeyri-qanuni yolla” daxil olmaq və “ölümcül və təhlükəli silah” daşımaqda ittiham olunur.

İyun ayında İraq müharibəsinin veteranı olan cənab Gonzalez Virciniya ştatında saxlanılıb.

Polis axtarış vaxtı onun avtomobilindən 2 tüfəng, 4 tapança, digər odlu silah növləri və güllələrlə yanaşı Ağ Evin işarələndiyi xəritənin aşkar olunduğu bildirir.

Əsas hasara paralel çəkilən yeni baryerlər təqribən 1 metr hündrülüyündədir.

ABŞ Məxfi Xidməti təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini bildirib.