pegida rally
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Almaniyada anti-İslam yürüşü keçirilib

Almaniyanın şərqində yerləşən Drezden şəhərində "Qərbin islamlaşması" əleyhinə keçirilmiş yürşdə təxminən 15 min adam iştirak edib. Beş mindən çox insanın iştirak etdiyi əks-nümayiş zamanı isə ciddi insidentin baş vermədiyi bildirilir.

Tədbirin təşkilatçısı, Drezdendə yaranmış "Vətənpərvər avropalılar Qərbin islamlaşmasına qarşı" (Pegida) təşkilatı bir həftə bundan öncə də böyük yürüş keçirmişdi.