Koala
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Meşə yanğınlarından sonra koalalara əlcəklər verilir

sCənubi Avstraliyada davam edən meşə yanğınlarına görə xəsarət almış koalalara Adelaide şəhərindəki heyvanlar üçün xəstəxanada xüsusi əlcəklər verilir.

Xəstəxanada işləyən Rae Campbell deyib ki, yanğınlara görə koalaların pəncələri və quyruqları yanır deyə sağalana qədər onlara təkbarmaq əlcəklər verilir.

Müalicə olunan koalaların əksəriyyəti təbiətə qayıdıb adi həyata davam edə bilir, xanım Campbell əlavə edib.