Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Tehran: İslam İnqilabının ildönümü ilə bağlı izdihamlı nümayiş

Tehranda minlərlə adam İran İslam İnqilabının 36-cı ildönümü ilə bağlı nümayişə qatılıb.

İran paytaxtının Azadlıq Meydanına toplaşan kütlə “Rədd olsun ABŞ!” və “Rədd olsun İsrail!” şüarlarını qışqırıblar.

İran prezidenti televiziya ilə yayımlanan çıxışında deyib ki, Qərb ölkələri İranın nüvə proqramı ilə bağlı yekun razılaşma əldə etmək üçün “imkandan istifadə” etməlidir.

Həsən Ruhani bu məsələni Yaxın Şərqdə sabitliyin təmin olunması ilə əlaqələndirib və deyib ki İranın iştirakı olmadan bölgədə “sülh və sabitlik” mümkün deyil.

İranla danışıqlar aparan qüdrətli dövlətlər İranı nüvə silahı əldə etmək niyyətində suçlayılrlar. Tehran yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.