Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şərqi Ukrayna - qorxu içində həyat

Rusiya prezidenti Vladimir Putin Minskdə başa çatan sülh danışıqlarından sonra Şərqi Ukraynada atəşkəs barədə razılaşmanın əldə oldunduğunu bildirib.

Atəşkəs rejimi fevralın 15-də qüvvəyə minməlidir.

Bu xəbər son günlər ərzində Donetsk bölgəsində çoxsaylı insan tələfatı ilə müşayiət olunan döyüşlərə təsadüf edib.

BBC müxbiri İan Pannel rusiyapərəst qüvvələrin nəzarətində olan bölgəyə baş çəkərək yerli əhalinin gündəlik həyatı ilə maraqlanıb.