Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Kim Kardashian ailəsilə bu həftə Yerevana gəlib

Ermənistan paytaxtında İkinci dünya müharibəsi abidəsinə baş çəkən ABŞ realiti-şou ulduzu Kim Kardashian-ı alqışla qarşılayıblar.

Kim və onun bacısı Khloe abidə önündə pərəstişkarlarla şəkil çəkdiriblər. Cümə axşamı isə Kardashian bacılarını Ermənistanın baş naziri Ovik Abramyan qəbul edib.

Çərşənbə günü Los Ancelesdən Ermənistana gələn Kim Kardashian-ı səfərdə ailə üzvləri və "Keeping Up With the Kardashians" realiti-şounun çəkiliş qrupu müşayiət edir.

Səfərdən əvvəl Us Magazine yazmışdı ki, "Kim Kardashian qohumları ilə erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində əcdadlarının vətəni – Ermənistana" baş çəkəcək.

Video şərhsizdir.