Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

#BBCAzeriTrending: "Plus ölçülü" modellərin etirazı

Modellərin də, adi qadınların da qoşulduğu onlayn kampaniya moda sahəsində "plus ölçülü" termininin ləğv olunmasına çağırılır.

"Plus ölçülü", əslində ölçüsü 42 olan model haqqında məqalə görəndən sonra avstraliyalı yazıçı və teleaparıcı Ajay Rochester #DropThePlus ("Plus ləğv olunsun") həştəqini başlayıb.

Model Stefania Ferrario da bu kampaniyaya qoşulub. O, Instagram səhifəsində foto paylaşaraq yazıb: "Mən modeləm VƏSSALAM".

Eyni zamanda bəzi "plus ölçülü" bloqerlər termini dəstəkləyir və onunla qürur duyduqlarını deyirlər.

Video jurnalist: Neil Meads