Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İraq: hökümət qüvvələri Ramadi şəhərini tərk edib

İslam Dövləti qrupu şəhəri ələ keçirdyini bəyan edib. On minlərlə Ramadi sakini Bağdada pənah gətirib.

Tərəflər arasında şəhər uğrunda aylarla çəkən döyüşlər davam edib.

Hökümət qoşunları son bir neçə həftə ərzində strateji mövgelərdən çəkilməli olub, indisə, görünür, şəhər də əldən verilib.

Anbar vilayətinin mərkəzi olan Ramadi şəhəri Bağdaddan 70 km məsafədə yerləşir.

İD qruplaşması İraqın şimalında sahəcə böyük ərazilərə nəzarət edir.

Amerika Birləşmiş Ştatları Ramadinin strateji əhəmiyyətini kiçiltməyə çalışsada, şəhərin İD döyüşçülərinin nəzarətinə keçməsi Qərb üçün ciddi problemlər yaradır.

İD dəhşətlərindən xilas olmağa çalışan 10 minlərlə Ramadi sakini son bir neçə gün ərzində Bağdada pənah gətirib.