Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qalapaqos-da vulkan püskürməsi

Qalapaqos arxilpelaqında vulkanın püskürməsi Charles Darwin-i təkəmmül nəzəriyyəsi yaratmağa həvəsləndirən adanın ekosistemilə bağlı narahatlıqlara zəmin yaradıb.

Bazar ertəsi son 33 ildə ilk dəfə olaraq arxipelaqa daxil olan İzabella adasında Canavar vulkanı aktivləşib.

Hadisə yerində çəkilmiş görüntülərdə vulkandan lavanın axdığını görmək olar. Ekspertlər vulkan püskürməsinin ada sakinlərə təhlükə yaratmadığını deyirlər.

Adada çəhrayi iquanların dünyada ən iri populyasiyası yaşayır, alimlərə görə bu canlılar üçün vulkanın püskürməsi ciddi təhlükə yaratmır.

Qalapaqos milli parkı lavanın cənub-qərb istiqamətində axdığını bildirirb.

İzabella adası arxipelaqa daxil olan adaların ən irisidir.

Vulkan adanın şimal burnunda, Puerto Villamil yaşayış məntəqəsindən 115 km məsafədə yerləşir.

"Vulkan püskürməsuindən əmələ gələn tüstü 10 km hündürlüyə qalxaraq şimal-qərb istiqamətində yayılıb", Ekvador Geofizika institutunda AFP agentliyinə bildiriblər.

Ekvador sahilindən 1,000 km məsafədə yerləşən Qalapaqos arxilpelaqında dünyada ən aktiv vukanik fəaliyyətə malik ərazilərindən sayılır.

UNESCO Qalapaqos arxilpelaqını Dünya İrsi siyahısına daxil edərək artan turist axının adaların ekosisteminə təhlükə yaratdığını qeyd edib.