Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qoz-findıq ürək xəstəliyi riskini azaldır - araşdırma

Hollandiyada keçirilən yeni araşdırmaya əsasən gündə bir ovuc qoz-fındıq xərçəng və ürək xəstəliklərinin qarşısının alınmasına kömək edə bilər.

Araşdırma müəllifləri hesab edirlər ki, buna səbəb araxis və başqa növ qozkimilərin antioksidant, lif, vitamin və minerallarla zəngin olmasıdır.

Hərçənd ki, araxisdən hazırlanan yağ həmin effektə malik deyil.