Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sterliqov Qarabağa niyə köçdüyünü izah edir

Tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda məskunlaşan rusiyalı sahibkar German Sterliqov deyib ki, ailəsini erməni dostlarının yanında qoyub Rusiyaya baş çəkmək niyyətindədir.

Azərbaycan Sterliqovu və onun həyat yoldaşını "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyini deyib.

Rusiya mətbuatı Sterliqovun ölkədən getməsinin səbəblərindən biri kimi BORN – Rus Millətçilərinin Döyüş Təşkilatı – qruplaşmasına qarşı araşdırmada onun adının hallandırıldığını xatırladır.

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir

Rusiyalı milyonçu niyə Qarabağa köçüb?

Şuşada KİV nümayəndələrilə görüş vaxtı German Sterliqov BORN qruplaşması ilə bağlı iddialar barədə mətbuatdan eşitdiyini deyib.

German Sterliqov vaxtilə Rusiyadakı qafqazlılara qarşı “cəzalandırma əməliyyatları” ilə məşhur Qeyri-leqal Mühacirət Əleyhinə Hərəkatına yardım göstərdiyi barədə məlumatların "uydurma" olduğunu deyib.

Rusiyanın ilk milyonçularından biri olan German Sterliqov vaxtilə Moskva meri və Rusiya prezidenti vəzifələrinə namizədliyini irəli sürüb.

“Mən sizin vasitənizlə Rusiya hüquq mühafizə orqanlarını məlumatlandırmaq istəyirəm ki, bir neçə gün Rusiyada olacağam. Məni təqsirkar bilirlərsə, qoy həbs etsinlər, hər halda ailəmin təhlükəsizliyi üçün arxayınam, yox, günahım yoxdursa, qayıdıb burada kənd təsərrüfatçılığının inkişafını davam etdirərəm”, - jurnalistlərə xitabən rusiyalı biznesmen deyib.

“Hər şey yaxşı olsa”, German Sterliqov həm Rusiyada, həm Qarabağda “kəndli təsərrüfatlarının inkişafı” ilə məşğul olmaq niyyətindədir.

Hazırda o, Qarabağda bir su dəyirmanını alıb, torpaq sahələri axtarır, bir neçə atı var. Atları ona “Başneft” şirkəti ilə bağlı cinayət işi üzrə hazırda Moskvada ev dustaqlığında olan Qarabağ əsilli sahibkar Levon Hayrapetyan hədiyyə edib.