Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Rasim Əliyevin anası: "Günah həm də həkimdədir"

Bu gün Rasim Əliyevin dəfnindən 3 gün keçir.

Jurnalist avqustun 8-də Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, aldığı "çoxsaylı bədən xəsarətlərindən" bazar günü vəfat edib. Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.

Çərşənbə axşamı jurnalistin öldürülməsində adı hallanan fulbolçu Cavid Hüseynov həbs olunub.

Rasim Əliyevin anası BBC Azərbaycancanın müxbiuri Günel Səfərovaya müsahibəsində deyib ki, oğlunu döyənlərlə birgə onun müalicə edən həkim də cəzalanmalıdır. Seyfurə Əliyevanın sözlərinə görə, oğlu "düzgün müayinə olsaydı" vəfat etməzdi.

Səhiyyə nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Məmmədova deyir ki, hazırda bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya tərəfindən araşdırılır. "Yalnız araşdırma bitdikdən sonra məlum olacaq ki, orda həkimin orda günah var, ya yox", o əlavə edib.

"Jurnalist dünyasını xəstəxanada dəyişib deyə belə versiyalar ortaya çıxıb. Hələ ki heç bir sübut yoxdur. Anatomiyanın rəyi məlum olsun, bu barədə sonra açıqlama vermək olar", deyən Səfayə Məmmədova qanunvericiliyə uyğun olaraq həkimin və köməkçisinin izahat verdiyini bildirir