Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bəşər əl-Əsəd Rusiya və İranın "dəstəyinə arxayındır"

Suriya prezidenti davam edən münaqişədə Rusiya ilə İranın ona dəstək verəcəyinə əmin olduğunu deyib.

Bəşər əl-Əsəd İranla Qərb arasında əldə olunmuş razılaşmadan sonra Moskva və Tehranın Suriyaya arxa çevirəcəyi barədə mülahizələrin əsassız olduğunu vurğulayıb.

Suriya lideri bunları televiziya müsahibəsində bildirib. Bəşər əl-Əsəd həmçinin deyib ki, beynəxalq müşahidəçilərin nəzarəti altında seçkilərin keçirilməsinə yol verilməyəcək.