Yaponiya
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yaponiyada əsgərlərin xaricdə vuruşmasına etirazlar

Tokioda on minlərlə adam Baş Nazir Şinzo Abenin mübahisəli təhlükəsizlik siyasətinə etiraz nümayişinə çıxıb.

Hökumət bu ay Yaponiya əsgərlərinin xaricdə döyüşməsinə imkan verən qanunu təsdiqləməyi planlaşdırır.

Qanun qəbul olunarsa, İkinci Dünya Müharibəsindən bəri ilk dəfə Yaponiya qoşunları xarici ölkədə vuruşacaq.

Etirazçılar Parlament qarşısında toplaşaraq "Müharibəyə yox!" şüarlarını əllərində gəzdiriblər.