Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Suriyalı qaçqın əlil qızın sərhəd iztirabı və nikbinliyi

Macarıstan qaçqınların üzünə sərhədini bağlasada, onlar Avropa İttifaqı ölkələrinə çatmaq üçün yeni cığır axtarışındadırlar.

BBC-dən Fergal Keane belələrindən biri olan suriyalı Noujain Mustaffa adlı qaçqın əlil qızla söhbət edib.

16 yaşlı Noujain Suriyanın Kobani şəhərindəndir, anadangəlmə əlildir, yeriyə bilmir.

O, əlil arabasında bacısı ilə Xorvatiyaya və oradan Almaniyaya yeni həyat quracağı ümidilə yollanır.

Noujain ötən həftə Türkiyədən riskli səfərə çıxıb.