Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İran Səudiyyəni Məkkə faciəsinə görə üzr istəməyə çağırır

İranın Ali dini rəhbəri ayətulla Xamenei Səudiyyə Ərəbistanını cümə axşamı Məkkədə həcc izdihamında faciənin baş verməsi və çoxsaylı insan itkisinə görə üzr istəməyə çağırıb.

Ayətulla Əli Xamenei çağırışı prezident Həsən Rouhani-nin BMT-də faciənin baş verməsi səbəblərini araşdırmaq çağırışından sonraya təsadüf edib.

Səudiyyə Ərəbistanı İranı hadisədən siyasi məqsədlər üçün istifadə etməkdə ittihamlayır.

Cümə axşamı Məkkədə izdiham nəticəsində azı 769 insan həlak olub, onlardan 140-dan çoxu İran zəvvarları olublar.