Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Sankt-Peterburqda qəzada ölənlərin ailələri hələ də gözləyir

Sankt-Peterburqda A321 aviaqəzasında ölənlərin ilk dəfn mərasimi keçirilib.

BBC müxbiri Sara Rainsford qəza nəticəsində oğlunu və gəlinini itirmiş Olqa Oveçkina ilə söhbət edib.

Onlar Misirə evliliklərinin 1 illiyini qeyd etmək üçün getmişdilər.

Rusiyaya məxsus təyyarənin Misirin səhrasında qəzaya uğradığı məlum olduqdan sonra, insanlar Sankt-Peterburq aeroprtuna axışaraq ölənlərin xatirəsinə əklillər qoyur.

Burada indi çoxlu gül dəstələri və yumşaq oyuncaqlar var.

Ölənlərin bir çoxunun cəsədi Sankt-Peterburqa gətirilsə də, Sinaydakı qəza ərazisində cəsədlərin axtarışı hələ də davam edir.