Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qeydiyyata alınan dərmanlar hansı qiymətə satılır?

Tarif Şurasının dövlət qeydiyyatına alınan dərman vasitələri üçün təsdiqlədiyi yeni qiymətlərdən şəhər sakinləri yararlana bilirmi?

BBC Azərbaycanca şəhər sakinləri arasında bu haqda sorğu keçirib.

Sorğuya qatılanlar arasında dərmanları yeni, ucuz qiymətlərə aldığını deyənlərlə yanaşı bunun əksini söyləyənlər də olub.

Tarif Şurasının verdiyi məlumata görə, indiyədək qiymətləri tənzimlənən dərman vasitəsindən satışda olanlarının 95 faizinin qiyməti endirilib.

İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat katibi Abbas Əliyev qiyməti tənzimlənən dərman vasitələrinin sayının 3540 olduğunu vurğulayıb.

“Bizim apardığımız nəzarət tədbirləri göstərir ki, qiyməti tənzimlənən dərman vasitələri yeni təyin olunan qiymətlərlə satılır. Əgər hər hansı bir fakt varsa onu verin araşdıraq.”