Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Lamiyə Adılqızı: “LSE-də təhsil almaq çoxdankı arzum idi”

Chevening təqaüdünü qazanmış Lamiyə, hazırda London İqtisadiyyat Məktəbində (LSE) beynəlxalq münasibətlərin nəzəriyyəsi və tarixi üzrə magistr təhsili alır.

O, bakalavr təhsilini Azərbaycan Dillər Universitetində alıb və Tbilisidə magistratura oxuyub.

Daha sonra isə bir müddət Türkiyə və Almaniyada jurnalist kimi fəaliyyət göstərib.

Lamiyə təhsilini başa vurduqdan sonra yenidən jurnalist kimi çalışmaq istədiyini deyir.

Bu video "Britaniyada tələbə olmaq" layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.