Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Tural Abbasov: “Xaricdə təhsilin 70-80 faizi kitabxanadır”

Tural Abbasov London Metropolitan Universitetinin İctimai İdarəetmə fakultəsində magistratura təhsili alır.

O, bundan öncə ABŞ-da oxuyub, Londondakı təhsilini isə Chevening təqaüdü hesabına davam etdirir.

Boks üzrə ikiqat Azərbaycan çempionu olan Tural, universitetin idman zalında məşq edir və hətta İngiltərə birinciliyində çıxış etməyi də düşünür.

“Xaricdə təhsilin 70-80 faizi kitabxanadır,” deyir Tural.

Bu video Britaniyada tələbə olmaq layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.