Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Londonda siyasətin musiqiyə təsirini öyrənən PhD tələbəsi

Təbrizdə doğulmuş Məmməd Ənsari London Universitetində bəstəkarlıq üzrə PhD tələbəsidir.

Bundan əvvəl Bakıda konservatoriyanı bitirmiş və sonra da London Goldsmith Universitetndə magistr dərəcəsi almış Ənsari, 21 Azər simfoniyasının müəllifidir.

Bəstəkar hazırda "Çağdaş bəstəkarlıqda siyasi-ictimai kontekst" mövzusunda tədqiqatla məşğuldur və yeni opera üzərində çalışmaqdadır.

Bu video Britaniyada tələbə olmaq layihəsinin bir hissəsidir. Layihənin müəllifi Vüsal Həmzəyevdir.