Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycan kinosunun uğurlu günləri

Azərbaycanda son illər çəkilmiş bir sıra yerli filmlər kinosevərlər tərəfindən yaxşı qarşılanıb və bilet satışlarından müəyyən qədər gəlir əldə edib.

Bakı film institunun rəhbəri Fehruz Şəmiyevin sözlərinə görə, bu hal bir neçə kinoteatrın açılması ilə əlaqədardır. O deyir ki, bu artım Azərbaycan kino bazarının dirçəlməsi ilə nəticələnib.

2010-cu ildə yaranmış və hazırda Azərbaycanda ən çox zalı olan "Park Cinema " kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev ölkədə kinoteatr mədəniyyətinin artıq yarandığını bildirir.

O, yerli filmlərin kinoteatrlar şəbəkəsində nümayiş etdirilməsinin tərəfdarı olduğunu da vurğulayır.

Onun sözlərinə görə, son illərdə kinoteatrlar şəbəkəsində 20-25 yerli film nümayiş etdirilib.

Mədəniyyət və turizim nazirliyinin tabeliyində olan Nizami kino mərkəzinin sözçüsü Arzu Əhədova isə bildirir ki, yerli kinomatoqrafiyada müşahidə edilən bu canlanma Azərbaycan kinosunun 2008- 2018-ci illər üzrə inkişafına dair dövlət proqramının imzalanması ilə əlaqəlidir.

Tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmış Oğlan evi filminin ssenari müəlliflərindən biri və rejisoru İlham Qasımov da kinoteatrların açımasının önəmini vurğulayır. O deyir ki, bu olmasaydı, yeni kommersiya filmləri çəkilməyəcəkdi.

Video süjeti BBC Azərbaycancanın müxbiri Günel Səfərova hazırlayıb.