Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yaponiyada daşqın və torpaq sürüşməsi: ən azı 4 nəfər ölüb

Yaponiyanın cənub-qərbində leysan yağışlarından sonra baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 4 adam həlak olub.

Daha iki nəfərin itkin düşdüyü bildirilir.

Bazar günündən etibarən Kyuşu bölgəsində yağan yağışlar yarım metrlik həddi aşıb. Meteorologiya xidməti dolu yağacağını bildirir. Rəsmilər ildırım çaxacağı ilə xəbərdarlıq edirlər.