Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Türkiyədə çevriliş cəhdindən sonra işini itirənlər

Türkiyəni silkələyən qanlı çevriliş cəhdindən az qala 3 həftə keçir.

Hərbçilərin hakimiyyəti ələ keçirmək cəhdi nəticəsində yüzlərlə adam həlak olub. Çevrilişin arxasında Fethullah Gülenin məxfi təşkilatının durduğunu bildirən hökumət sürgündə yaşayan ruhaninin davamçılarını vəzifələrdən kənarlaşdırır.

Lakin BBC Farsca Xidmətinin müxbiri Khashayar Jeneidi gülençilərlə heç bir əlaqəsi olmadığını deyən, işdən çıxarılmış adamlarla görüşüb.