Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yerevanda qiyam sonrası: sakinlər nə düşünür

BBC Azərbaycanca polis keşikçi-patrul alayını ələ keçirmiş silahlı dəstə barədə Yerevan sakinlərinin fikrilə maraqlanıb.

Müsahiblərin əksəriyyəti qiyamçıların hərəkətini pisləməyib, onların addımını ölkə daxilində qanuni yolla dəyişikliyə nail olmağın mümkünsüzlüyü ilə izah edir.

Bir qrup silahlı iyulun 17-də Yerevanda polis KPX alayı binasını ələ keçirib, radikal müxalif “Müəssislər Məclisi” hərəkatının lideri Jirayr Sefilyanın və başqa “siyasi məhbusların” azad edilməsi və prezident Serj Sarkisyanın istefası tələbini irəli sürmüşdü.

Jirayr Sefilyan ötən ay qeyri-qanuni silah saxlamaq ittihamı ilə istintaq üçün 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İyulun 31-də silahlı qrup hakimiyyətə təslim olub, lakin “rejimə qarşı mübarizəni hərbi əsir qismində” davam etdirəcəyini bəyan edib.