Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Vahid Mustafayev: "Mindən çox əməkdaşımız işsiz qalıb"

“Bizim növbəti addımımız 1 saylı iqtisad məhkəməsinə müraciətdir,” ANS Şirkətlər Qrupunun baş direktoru Mirşahin Ağayev avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində jurnalistlərə bildirib.

Apellyasiya Məhkəməsində ANS-in Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekanalın yayımının bir aylıq dayandırılması ilə bağlı qərarından şikayətinə baxılıb.

Hakimlər kollegiyası qərarına görə, şikayətə İnzibati-İqtisadi Məhkəmədə baxılmalıdır.

ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev şirkətin mindən çox işçisinin "sosial ağırlıq" keçirdiyini bildirib.