Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yaralanmış suriyalı oğlanın görüntüləri qəzəb doğurub

Suriyalı fəallar Hələb şəhərində hava zərbələrindən dağılmış binadan xilas edilən oğlan uşağının görüntülərini yayıblar.

Təcili yardım maşınında halsız və qan içində oturmuş oğlanın video və fotoları sosial mediada geniş paylaşılıb və bir çoxunun qəzəbinə səbəb olub.

Onun 5 yaşlı Omran Daqniş olduğu məlum olub. Yerli həkimlər oğlanın başından aldığı xəsarətdən müalicə olunduğunu bildirirlər.

Onun ailəsinin də hücumdan sağ çıxdığı güman edilir.

Video şərhsizdir.