Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qarpız pəhləvanlarının yarışı

Sabirabad şəhərində keçirilən "Qarpız Festivalı" çərçivəsində pəhləvanların başla qarpız sındırma yarışması da keçirilib.

Festival Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər fondunun maliyyə dəstəyi və Sabirabad rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Şəhərin Heydər Əliyev adına istirahət parkında keçirilən festivalda qarpız üzərində bədii oyma sənətindən nümunələr, qarpızdan hazırlanmış 20 növ kulinariya məhsulu sərgilənib, APA TV xəbər verir.

Onların arasında qarpız mürəbbəsi, kompotu, turşusu, şərbəti, qarpızdan hazırlanan tort, cem, keks, dondurma, qarpız kababı, konservi, qarpızdan hazırlanan kokteyllər, qarpız şirəsi, salatı, qarpız sendviçi, qarpızlı soyuq çay, qarpız dadlandırıcıları, qurudulmuş qarpız tumlarından dəmlənmiş isti çayın da olduğu qeyd olunur.

Lakin sosial media istifadəçilərinin diqqətini çəkən, məhz pəhləvanların yarışması olub.

Fotonun müəllifi Twitter