Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 Aprel, 2008 - Published 12:22 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İranda Barbi kuklalarının təsirindən narahatdırlar
 
Barbi kuklası
Barbi kuklası
İranın baş prokuroru ölkə gənclərinə, onun ifadə etdiyi kimi, mənfi təsir göstərən oyuncaqların idxalını dayandırmağa çağırıb.

Ölkənin vise-prezidentinə məktubunda baş prokuror Qurban Əli Dori Nəcəfəbadi deyib ki, Barbi gəlincikləri kimi oyuncaqalr gənc nəslə çix pis təsir edir, belə ki, onların ölkəyə gətirilməsinə son qoyulmalıdır.

İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub.

Rəsmilər ehtiyat edirlər ki, bu təsir ölkənin mədəni mənliyini sarsıdır və ictimaiyyətin başını xarab edir.

Və indi ölkənin baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb.

Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompyuter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər.

İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir.

Cənab Nəcəfəbadinin sözlərinə görə, bu oyuncaqların abırsız geyimləri İran uşaqlarının heç də yaxşı tərbiyyəsinə kömək etmir və onlar üçün nümunə ola bilməz.

O, özünün ifadə etdiyi kimi, islam mədəniyyətini və inqilab dəyərlərini qorumağın alternativ yollarını tapmağa çağırıb.

Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.

Lakin Sara ilə Dara balaca Iran qızları arasında Barbi qədər populyarlıq qazana bilməmişdir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik