Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 İyun, 2008 - Published 13:48 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Robert Kennedi qətlə yetirilib
 
Kennedi qardaşları
Qətlə yetirilmiş prezident Con Kennedinin böyük qardaşı olan senator Robert Kennedi demokratlar partiyasının praymerizində iştirak etməkdəydi
Düz qırx il bundan əvvəl Los-Angelesdəki Ambassador mehmanxanasında güllə ilə vurulmuş Robert Kennedi ertəsi gün aldığı yaradan vəfat etdi.

Həmin vaxt qətlə yetirilmiş prezident Con Kennedinin böyük qardaşı olan senator Robert Kennedi demokratlar partiyasının praymerizində iştirak etməkdəydi.

1968-ci il Vyetnam müharibəsi ilə bağlı Amerikada hökm sürən böhranı bu qətl daha da dərinləşdirdi. Həmin qətl gecəsində senator Kennedi ilə birlikdə onun mətbuat katibi Frənk Mankeviç də Los Angelesdə idi.

Vyetnam müharibəsinə qarşı etirazları görən prezident Lindon Conson həmin il öz namizədliyini demokrat partiyasından ikinci müddətə irəli sürməkdən vaz keçdi. Və beləliklə, qətlə yetirilmiş prezident Con Kennedinin qardaşı senator Robert Kennedi partiyadaşı vitse-prezident Hübert Həmfri ilə praymerizdə üz-üzə gəlməli oldu.

Bobbi Kennedi Ambassador otelində Kaliforniya praymerizinin cavabını gözləyirdi.

"Biz qalib gəlməyi düşünürdük və biz qalib gəldik."

Kennedinin yanında artıq üç il idi ki, onun mətbuat xidmətinə rəhbərlik edən Frənk Mankeviç dayanmışdı.

"Lakin biz bütün üç xəbər şəbəkəsinin qələbə xəbərini təsdiq etməsini gözlədik və bu baş verəndə mən senator Kennediyə məlumat verdim və biz tərpəndik. İndi biz aşağıda tərtib olunmuş müsamirəyə qatılıb qələbəni rəsmən elan etməli idik. Ölkə tamamilə başqa istiqamətdə hərəkət etmək istəyir. Biz öz ölkəmizdə öz problemlərimizlə məşğul olmalıyıq. Biz Vyetnamda sülh istəyirik. Mən sizin hamınıza təşəkkür edirəm. İndi növbədə Çikaqodur, gəlin indi də orda qələbə qazanaq."

Kennedinin növbəti addımı otelin başqa bir yerində mətbuat konfransı keçirmək idi. Lakin o bu konfransa çata bilmədi.

"O çox yorulmuşdu. O fasiləsiz olaraq seçki kampaniyası aparırdı. O qərara gəldi ki, izdihamı yarıb keçmək istəmir. Belə olanda Metr Dotel dedi ki, mətbuat konfransı keçirilən zala başqa bir yol da var, lakin bu yol arxa qapıdan və mətbəxdən keçir. Lakin bunun özü üçün də qurulmuş səhnədən tullanmaq lazım gəlirdi. O əvvəl tullandı, sonra da mən və keçmiş federal təhqiqatlar bürosunun əməkdaşı olan Bill Bərri də aşağı tullandıq. Bizim başqa mühafizəmiz yox idi. Bizim heç məxfi xidmətimiz də yox idi. Bu vaxt Kennedinin xanımı Etel ona kömək etməyimizi istədi. Həmin vaxt artıq bir neçə ay idi ki, hamiləydi. Beləcə bir qədər Robert Kennedidən geridə qaldıq. Onun arxasınca tələsəndə sanki kiçik kalibrli tapançadan açılan atəşlərin səsini eşitdik. Bəli bu 22 çaplı kiçik əl tapançası idi. Sonra adamlar qışqışmağa başladılar.Senator Kennedini güllələmişdilər. Bu mümkün idimi? Güllə atan adamı da gördük. Tapança hələ də əlində idi. Mən gözləyirdim ki, onu tərksilah eləsinlər."

Senatora üç güllə vurulmuşdu. Artıq 24 yaşlı Sərxan Sərxan mətbəxin döşəməsinə yıxmışdılar.

 Mənə dedilər ki, mətbuata açıqlama verə bilərsən ki, indi söhbətin onun sağalmasından yox, sağ qalıb-qalmamasından gedir. Mən belə başa düşdüm ki, deyəsən sağalmaq söhbəti ümumiyyətlə olmayacaq
 

"Biz onun arxasınca mətbəxə qaçdıq. O başqa adamları da güllələmişdi. Döşəmənin üstündə qatillə bir neçə nəfər əlbəyaxa idi."

"Xahiş edirəm geri çəkilin. Qoyun həkim keçsin. Harda qaldı bu həkim. "

İndi 84 yaşı olan Frənk Mankeviç bildirir ki, ertəsi gün həkimlər ona çox pis bir xəbər deməyə hazırlaşırdılar.

"Mənə dedilər ki, mətbuata açıqlama verə bilərsən ki, indi söhbətin onun sağalmasından yox, sağ qalıb-qalmamasından gedir. Mən belə başa düşdüm ki, deyəsən sağalmaq söhbəti ümumiyyətlə olmayacaq."

Frank Mankeviçin Martin Lüter Kinqin ölüm xəbərini ictimaiyyətə yaymasından cəmi bir-neçə həftə keçirdi.

"Senator Kennedi bu gecə 1:44 dəqiqədə vəfat edib. İl 1968. Gün 6 iyun. Onun 42 yaşı vardı."

BBC: Çoxları deyirdilər ki, bu olduqca böyük sui-qəsd idi və Sərxan Sərxan yalnız icraçı olub. Belə bir fikrin formalaşmasında siz də rol oynamısınızmı?

"Bəli, mən əminəm ki, prezident Kennedinin qətli raxasında bir yox, bir neçə adam olub. Amma bu qətli düşünürəm ki, Sərxanın özü törədib."

Bəs seçkilər necə oldu? Hubert Humphrey Demokratların praymerizini qazansa da, seçkiləri Riçard Niksona uduzdu. Frənk Mankeviç bugün də əmindir ki, həmin seçkini Robert Kennedi udacaqdı.

Lakin Los Angelesdəki oteldə 40 il əvvəl bir neçə dəqiqə ərzində baş vermiş hadisə Amerika tarixinin kursuna düzəliş etdi.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik