Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 Oktyabr, 2008 - Published 13:11 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Müslüm Maqomayev Fəxri Xiyabanda dəfn edildi
 
Müslüm Maqomayev
SSRİ xalq artisiti Müslüm Maqomayev çərşənbə günü Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

Məşhur müğənni, babası, dahi bəstəkar Müslüm Maqomayevin yanında torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycan prezidenti İlham Əliyev, digər rəsmi şəxslər, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Vidalaşma mərasimi saat 11-də başlamışdı. Dahi baritonla vidalaşmaq üçün Filarmoniyaya minlərlə adam gəlmişdi.

Müslüm Maqomayevlə vidalaşmağa gələnlər, onın xanımı Tamara Sinyavskayaya başsağlığı verirdilər.

Zalda M. Maqomayevin ifa etdiyi mahnılar səslənirdi.

Vida mərasimi saat 15.00-də bitəndən sonra, mərhumun cənazəsi Fəxri Xiyabana aparıldı.

M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı mənzilində vəfat edib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik