Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 25 Fevral, 2009 - Published 10:08 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkiyə təyyarəsinin qəzasında 9 adam həlak olub
 
Təyyarə
Hollandiya rəsmiləri Türk Hava Yollarının sərnişin təyyarəsinin Amsterdamın Sxipol hava limanına enərkən qəzaya uğraması nəticəsində 9 adamın həlak olduğunu bildiriblər.

Ən azı 50 sərnişin xəsarət alıb. Yerli bələdiyyənin rəisi, Mişel Bezucen onlardan 25-nin vəziyyətinin ciddi olduğunu bildirib.
Onların arasında həm sərnişinlər, həm də təyyarə heyətinin üzvləri var.

Təyyarə yerə dəyərkən üç hissəyə parçalanıb.

Uçaq enmə zolağına çatmayaraq, A9 magistral yolu yaxınlığında yerə enib.

Təyyarə İstanbuldan 1951 nömrəli reyslə Amsterdama uçurdu.

Qəzadan sonra ilk saatlarda, itkilər barədə ziddiyyətli məlumatlar alınırdı.

Əvvəlcə bir nəfərin öldüyü deyilsə də, sonradan Türkiyənin nəqliyyat naziri Binali Yildırım bu xəbər təkzib etmişdi.

Lakin hal-hazırda açıqlanan məlumatda 9 adamın həlak olduğu təsdiqlənib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik