Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Banqladeş qiyamında ölənlərin cəsədi axtarılır
 
Banqladeş
Banqladeş
3 gün bundan əvvəl qiyam qaldırmış Banqladeş sərhədçilərinin kazarmalarında artıq 2-ci kütləvi məzarlıq aşkar edilib.

Öldürüldükləri güman edilən daha 70 zabitin cəsədləri hələlik aşkar edilməyib.

Qiyam Çərşənbə günü başladı.

Qiyamçı sərhədçilər 10-larla zabitini öldürdülər.

Ümumilikdə qiyam nəticəsində 140 adamın öldürüldüyü güman edilir.

Qiyam yalnız hökümət qəti mövge nümayiş etdirdikdən sonra yatırıldı.

Beləki, hökümət qiyamçıları tankları işə salacağı ilə hədələdi.

Itkin sayılan zabitlərin axtarışı hələ də davam etdirilir.

Axtarış artıq 2-ci günüdr ki aparılır.

Axtarış sahəsi 5 kvadrat kilometr ərazisi olan Banqladeş Atıcıları kimi tanınan sərhədçilərin kazarmalarını əhatə edir.

Bu gün səhər aşkar edilmiş kütləvi məzarlıqda cəsədlərin sayı dəqiqləşdirilr.

Lakin öldürülükləri güman edilən daha 70 zabitin cəsədi hələ də axtarılmaqdadır.

Axtarış qrupları ətrafdakı təzə qazılmış sahələri nəzərdən keçirir.

Eləcə də gül və tərəvəz əkintisi olan bağçalardan cəsəd qoxusunun gəlib-gəlmədiyi yoxlanılır.

Sərhədçilərin kazarmaları Dakanın mərkəzində yerləşir.

Axtarış işlərinə hətta dənizçi dalğıclar da cəlb olunub.

Onlar kəndirlər vastəsiylə kanalizasiya quyularına enib axtarışı kanalizasiya sistemlərində də davam etdirirlər.

Bundan əvvəl kanalizasiya quyularında bir neçə cəsəd aşkar olunmuşdu.

Axtarış işlərində iştrak edən zabitlərdən birinin sözlərinə görə, cəsədlərdən biri odu sönmüş tonqalda tapılmışdı.

Ehtiyyat edilir ki, cəsədlərin bir çoxu bəlkə də yandırılıb.

Güman edildiyinə görə, qiyam Cümə Axşamı yatırılmazdan əvvəl, sərhədçilərin bir neçə min nəfəri qaçmağa nail ola bilib.

Beləki, kazarma divarları önündə xeyli atılmış hərbi uniforma, çəkmə və dəbilqə yığınları aşkar edilib.

Bu hərbi geyim ya qiyamçılara, yaxudda qiyamda iştrak etmək istəməyənlərə məxsus ola bilərdi.

Sərhədçilərin qiyamına səbəb - onların məvaciblərindən və şəraitlərindən narazılığı olmuşdu.

Onların tələbləri qiyamın başlanğıcında camaatın bir qismi tərəfindən rəğbətlə qarşılanmışdı.

Lakin qətllər barədə xəbər çoxları üçün şok oldu.

Hökümət qiyama qatlmış minlərlə sərhədçiyə amnistiya vəd etsə də, xəbərdarlıq edib ki, ölüm hallarına görə məsuliyyət daşıyanlar amnistiya olunmayacaq və onların işinə xüsusi məhkəmələrdə baxılacaq.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik