Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 12 Mart, 2009 - Published 15:30 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Gürcüstan Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək
 
Gürcüstan "Avroviziya-2009" mahnı müsabiqəsində iştirak etməkdən imtina edir.

Bunu, Gürcüstanın Mədəniyyət naziri Nikoloz Rurua bəyan edib.

"ll İrakli" cəmiyyətinin yaydığı bəyanatda isə bildirilir ki, "Avroviziya" mahnı müsabiqəsi Gürcüstanla Rusiya arasında düşmənçiliyi dərinləşdirmək üçün istifadə edilməsin.

Avropa müsabiqəsi milli layihəsinin başçısı Natia Uznadzenin sözlərinə görə, Gürcüstan "Avroviziya" Moskva mahnı müsabiqəsində iştirak etməyəcəkdir.

Keçən il Serbiyada keçirilən müsabiqə iştirakçısı, müğənni Diana Gurtskaia da bir az əvvəl gürcü qrupunun müsabiqədə iştirak etməyəcəyini bildirmişdi.

Gürcüstanın Mədəniyyət naziri Nikoloz Rurua deyir ki, Moskva, müsabiqə müdüriyyətinə təzyiq nəticəsində öz istəyinə nail oldu və Gürcüstan, bu mahnı müsabiqəsində iştirakdan imtina edir.

Bu həftənin əvvəli "Avroviziya" mahnı müsabiqəsi Nəzarət qrupu Gürcüstanın təqdim etdiyi rusça tərcüməsi "Biz Putini istəmirik" kimi səslənən mahnının müsabiqəyə buraxılmadığı barədə qərar qəbul edib.

Həmin qərar haqqında məlumat Gürcüstan İctimai Yayımlarına göndərilib.

"Avroviziya"-nın məlumatında bildirilir ki, mahnı üçün seçilmiş mətn müsabiqə qaydalarına uyğun deyil.

Məlumatda deyilir ki, "Avropa İctimai Yayımları (AİY) Gürcüstan tərəfinə ya mətni yenidən yazmaq, ya da mətn seçmək imkanı verir.

Sonuncu müddət martın 16-dır.

Nazərət qrupu onu da izah edir ki, mətnin və ifanın şouya pis reputasiya gətirməməsi şərt götürüldüyündən Gürcüstanın seçdiyi mahnının adı və məzmunu mahnı müsabiqəsinin qaydalarına müvafiq deyil.

Gürcüstan İctimai Yayımları isə mahnının mətnini dəyişdirməkdən imtina edir və bu barədə "Avroviziya"nın icraçı direktoru Vantes Stokseliusa məktub göndərdiyini deyir.

Tbilisi mahnida heç bir siyasi mətnaltının olmadığını qeyd edir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik