Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 27 Mart, 2009 - Published 14:13 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Beynəlxalq Olimpiya məşəli estafetinə son qoyuldu
 
Huq
Londonda məşəl az qala teleaparıcı Konni Huqun əlindən alınmışdı

Beynəlxalq Olimpiya Komitəsi Olimpiada məşəlinin dünya üzrə estafeti ənənəsinə son qoymaq qərarına gəlib.

Buna səbəb, ötən il Pekin Olimpiya Oyunlarına aparılan məşələ Tibet tərəfdarlarının həmlələri olub.

Bundan sonra estafet Olimpiya Oyunlarını keçirən ölkənin sərhədləri daxilində olacaq.

Məşəl ümid və ilham rəmzi hesab olunur. Lakin London, Paris, San-Fransisko və Kanberrada estafet zamanı, bir neçə şəxs onu ələ keçirməyə cəhd etmişdi.

BBC müxbiri deyir ki, belə səhnələr BOK üçün utandırıcı vəziyyət yaratmışdı.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik