Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 27 Aprel, 2009 - Published 16:48 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bakıda Şəhidlər Məscidi təmirə bağlanıb
 
məscid
Bakıdakı Şəhidlər məscidi
Bakıda "Şəhidlik" və yaxud daha çox Türk Məşcidi kimi tanınan məscidə gələn dindarlar bir müddət öz namazlarına şəhərin digər məscidlərində qılmalı olacaqlar.

Belə ki, paytaxtın ən böyük məscidlərindən olan bu türk camesi ötən həftənin sonunda öz qapılarını möminlərin üzünə baqlayıb. Bu isə Bakıda birmənalı qarşlanmayıb.

Bu gün məscidə gələn şəxslər bir qədər qeyri-adi mənzərə ilə qarlılaşmalı oldular. Məscidin həndəvərində onlarla polis nəfəri toplaşmışdı. Onlar namaza qılmağa gələn şəxsləri məşcidin baqlı oldğunu xəbərdar edirdilər.

Məscid Türkiyənin Dəyanət Vəqfi adlanan qurumu tərəfindən inşa etdirilib və 1996-cı ildə öz qapılarını açmışdı. Burada eyni zamanda yüzlərlə insan namaz qıla bilər və deyilənə görə, cümə günləri məscidə həddən çox dindar toplaşdığından məscidin daxilində yer tapmayanlar bitişik ərazilərdə namaz qılmalı oldurdular.

Şəhidik məscidinin müşaviri Müzəffər Şahin deyir ki, bütün bunlar indi məscidə əl gəzdirmək zərurəti yetişdirib. O, deyib ki, "təmirin nə qədər davam edəcəyini ustalar bilər".

Maraqlıdır ki, yerli mətbuat məscidin fəaliyyətini dayandırmasını tam fərqli motivlərlə izah edir. İddia olunur ki, məscidin baqlanması rəsmi Bakının Türkiyənin Ermənistanla sərhədləri açmaq niyyətindən yaranan qəzəbindən qaynaqlanır.

Lakin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov deyir ki, burada siyasi amillər axtarmağa ehtiyac yoxdur: "Bu, sırf təmir-bərpa işləri ilə baqlıdır".

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik