Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 02 İyul, 2009 - Published 13:53 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Dünyada homoseksuallğa münasibət müxtəlifdir
 
Hindistan homoseksualları
Hindistan homoseksualları
Hindistan məhkəməsi homoseksual cinsi əlaqələrdə cinayət tərkibinin olmadığı barədə qərar çıxarıb.

Hindistan paytaxtı Dehlidə, şəhər məhkəməsi, homoseksual xarakterli cinsi əlaqələri cinayət sayan federal qanunun qüvvəsini ləğv edən qərar qəbul edib.

Yerli Ali instansiyalı məhkəmə bildirib ki, "müstəmləkəçilik erasından qalmış bu qanun fundamental hüquqları pozurdu".

Məhkəmə qərarı homoseksualların hüquqlarını müdafiə edən fəallar tərəfindən alqışlarala qarşılanıb.

Bu işdə iştrak edən vəkilin sözlərinə görə, "sözü gedən qərar müxtəlifçiliyi ilə seçilən Hindistanda diskriminasiyasızlığın ruhunun hökm sürdüyünü özündə əks etdirir".

Eyni zamanda, Hindistan mühafizəkar ölkə olaraq qalmaqdadır.

Bir çox dini liderlər hesab edir ki, homoseksual cinsi əlqələri leqallaşdırmaq olmaz.

Əgər Dehli məhkəməsinin qərarından appelyasiya şikayəti verilərsə, onda yekun qərarı Ali Məhkəmə qəbul etməli olcaq.

Əvvəlki qanuna görə, homoseksual cinsi əlaqələrə görə tutulanlar ya cərimələnirdilər, yada ki, 10 illlik müddətə dək azadlqdan məhrum oluna bilərdilər.

Lakin dünyanın bir çox ölkəsində homoseksuallğa görə cəzalar çox şərt olaraq qalır.

Təxminən 80 ölkədə eyni cinsdən olanların əlaqəsi qanunsuzdur.

72 ölkədə buna görə həbs cəzası, beşində isə ölüm hökmü nəzərdə tutulub.

Bunlar İran, Mavritaniya, Səudiyyə Ərəbistanı, Sudan və Yəməndir.

Nigeriya və Somalinin bəzi hissələrində də buna görə edam edirlər.

İnsan haqları qrupları İraqda da bu barədə narahatlıq ifadə ediblər.

Son illərin xaosu içərisində, ölüm dəstələri yüzlərlə gey qadın və kişini qətlə yetiriblər.

Bir çox gey iranlılar xaricdə siyasi sığınacaq istəyiblər.

Eyni zamanda bir sıra ölkələrdə gey hüquqlarının qorunmasında real tərəqqi əldə edilib.

Çin 1997-ci ildə homoseksuallığı qanuniləşdirib.

İndi bu ölkədə bir çox barlar, klublar və internet saytları fəaliyyət göstərir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik