Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 26 Oktyabr, 2009 - Published 12:30 GMT
 
Dostunuza göndərin   Çap versiyası
BMT doğuş zamanı ölümlərə qarşı tədbir istəyir
 
Doğuş ölümləri
18 yaşlı Cənubi afrikalı ananın bəxti gətirib. Lakin qitədə doğuş ölümləri böyük problemdir.
Efiopiya paytaxtı Ədis Əbəbədə dünyanın bir çox ölkəsinin səhiyyə nazirləri toplaşaraq, hamiləlik və doğum zamanı anaların ölümü problemini müzakirə edirlər.

BMT-nin Əhali Fondu konfransın təşkilatçısı kimi çıxış edir.

Fond deyir ki, hamiləlik və doğuş zamanı problemlər inkişaf etməkdə olan ölkələrdə qadınların vəfatının bir nömrəli səbəbidir.

Bu elə inkişaf etmiş dövlətlərdə də böyük problemdir.

Hamilə qadınların ölüm hallarının azaldılması minillik məramlarından biri olsa da, bu sahədə ən az irəliləyiş əldə edilib. Hazırda doğuş zamanı ölən qadınların sayı, müharibələrdə həlak olanlardan çoxdur.

Əhali Fonduna əsasən, hər dəqiqə bir qadın hamilə olarkən və ya uşaq doğarkən vəfat edir.

BMT hesab edir ki, bu ölüm hallarının bir çoxunun qarşısını almaq mümkündür.

Ədis Əbəbə konfransında problemə yeni siyasi yanaşma işlənib hazırlanmalı, bu işlərin həyata keçirilməsi üçün vəsait toplanması müzakirə edilməlidir.

BMT qurumunun hesablanmalarına əsasən, ana ölümlərinin 90 faizi Afrika və Asiyada baş verir.

Bu qitələrə təcili olaraq səhiyyə işçiləri, hamilə və doğan qadınlar üçün daha yaxşı müalicə imkanları və qadınların sağlamlıq barədə biliklərinin artırılması lazımdır.

Məsələn, Efiopiyada qadınların 94% tibbi yardım olmadan doğurlar. Əgər problem yaransa, adətən körpə vəfat edir. Sağ qalan ana isə,əgər sağ qalsa, fistula ilə yaşamalı olur. Yəni, vagina ilə sidik kisəsi və ya mədə arasında yırtıqla.

Bu isə qadının daima ayaqyolu ehtiyacında olması deməkdir. Nəticədə, bir çox qadınlar ərlərinin onları tərk etdiyini deyirlər.

Dünya üzrə fistula ilə yaşayan qadınların sayı 2 milyondur.

BMT konfransı bu halların qarşısını almaq üçün təlim keçmiş mamaçaların sayının artırılmasını zəruri hesab edir.

BMT deyir ki, şişmanlıq və qeysər kəsiklərinə üstünlük verilməsi ana ölümlərini inkişaf etmiş dövlətlərdə də, ələxüsus, ABŞ-da problemə çevirib.

ABŞ və Britaniya ana ölümlərinin sayına görə inkişaf etmiş ölkələr arasında ilk yerləri tutur.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik